Englisg
AKADEMİK BAKIŞ Uluslararası Hakemli Sosyal Bilimler Dergisi Yıl:2017  Sayı: 61  Alan: İşletme

Məmmədova İntizar İbrahim qızı
SAHIBKARLIQ FƏALIYYƏTINDƏ IDEYANIN FORMALAŞMASI ASPEKTLƏRI
 
Cəmiyyətin inkişafı müstəqil təsərrüfat subyektlərinin fəaliyyəti ilə daha da təkmilləşir. Bu istiqamətdə sahibkar cəmyyətin aparıcı qüvvəsindən biri kimi böyük əhəmiyyət kəsb edir. Sahibkar operativ idarəetmə prosesində tabeçilikdəkilərlə hakimiyyət münasibətlərini yerinə yetirən, yəni əmrin təsir zonasında mərkəzi fiqurdur. Araşdırmanın məqsədi mövcud dövrdə sahibkarlıq ideyasının yaranmasının müxtəlif aspektlərdən araşdırılaraq təhlil edilməsidir. Bununla əlaqədar olaraq, tədqiqat işlərində sahibkarlıq ideyasının reallaşdırılması nöqteyi baxımından qiymətləndirilməsi əsaslandırılmışdır. Habelə sahibkarlıq fəaliyyətinin məzmunu, habelə formalaşmasında baş verən dəyişikliklərin inkişaf proseslərinin xüsusiyyətləri araşdırılmışdır. Tədqiqatın nəticəsi olaraq biznes sahələrinin inkişafında sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində təkliflərin verilməsi. O cümlədən istehsal (innovasiya, elmi-texniki, əmtəələrin istehsalı, əmtəə və xidmətlərin istehsal yönümlü istehlakı, informasiya), kommersiya (ticarət, ticari-satınalma, ticari-vasitəçi, əmtəə birjaları), maliyyə (bank, sığorta, auditor, lizinq, fond birjaları), məsləhətçi (ümumi idarəetmə, inzibati, maliyyə idarəetməsi, kadrların idarə edilməsi, marketinq, informasiya texnologiyaları) sahələr üzrə sahibkarlıq davranışı izlənilmişdir. Bundan əlavə sahibkarın yeni ideyasının formalaşmasına təsir edən obyektiv şərait təhlil edilmişdir. Tədqiqat işinin elmi yeniliyi ideyanın həyata keçirilməsi zamanı sahibkarlıq faydasının ölçülməsi nəzərdən keçirilməsidir.

Anahtar Kelimeler: Sahibkar, sahibkarlıq fəaliyyəti, sahibkarlıq fikri, biznes ideya, mənfəət norması.


FORMATION ASPECTS OF ENTREPRENEURSHIP IDEA
 
The purpose of the research is to study and analyze the formation of business ideas, different aspects of the current period. Therefore, the assessment was based on research from the point of view of realization of business ideas. Entrepreneurship activity in formation of content and features of development processes of reforms. Scientific innovations during the implementation of the ideas of the measure is to consider the business benefits of research.

Keywords: Business, business, business idea, business-ideas, the income requirements.


Detay

İÇERİK